Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiyadan Ermənistana növbəti taxıl partiyası Azərbaycandan tranzit keçəcək

1023 tonluq yük 11 vaqonla Biləcəri stansiyasından yola düşərək Gürcüstan üzərindən Ermənistan istiqamətinə hərəkət edəcək

108

Bu gün Rusiyadan Ermənistana göndərilən növbəti taxıl partiyası Azərbaycan ərazisindən tranzit keçməklə yola salınacaq.

Ermənistana çatdırılacaq taxılın ümumi çəkisinin 1023 ton olduğu bildirilir. Yük 11 vaqondan ibarət qatarla daşınacaq.

Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından hərəkətə başlayacaq. Daha sonra o, “Böyük Kəsik” stansiyasına çataraq Gürcüstan ərazisinə daxil olacaq və buradan Ermənistan istiqamətində yolunu davam etdirəcək.

Xatırladaq ki, martın 9-da da Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 488 ton taxıl daşınıb. Həmin yük 7 vaqondan ibarət qatarla göndərilmişdi.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.