Rusiyadan Avropaya sərt xəbərdarlıq
Səfir bildirir: “Avropa müharibə aparmaq istəsə, hazırıq – elə indi”
Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin “Sky News”a müsahibəsində Avropa ilə Rusiya arasında müharibə riskinin real olduğunu bildirib.
Onun sözlərinə görə, Britaniya rəsmilərinin Rusiyanın təhlükə yaratdığı barədə tez-tez səsləndirdiyi bəyanatlar bu gərginliyin fonunda meydana çıxır. Kelin vurğulayıb ki, Moskva Avropa ölkələrində artan silahlanma çağırışlarını diqqətlə izləyir və bunları narahatedici tendensiya hesab edir.
Diplomat bildirib ki, Qərbin son aylarda müharibəyə hazırlıqla bağlı açıqlamaları fonunda qarşıdurma ehtimalı artır:
“Prezident Vladimir Putinin də dediyi kimi, bizim Avropa ilə müharibə etmək niyyətimiz yoxdur. Lakin Avropa Rusiyaya qarşı müharibəyə hazırlaşırsa, biz də cavab verməyə tam hazırıq – həm də istənilən anda”.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.