Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya Venesuelanın keçmiş prezidentinin azadlığını tələb edir

Moskva Nikolas Maduro və həyat yoldaşının dərhal sərbəst buraxılması üçün Vaşinqtona çağırış edib

94

Rusiya hökuməti Venesuelanın keçmiş Prezidenti Nikolas Maduronun dərhal azad olunmasını tələb edib.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə açıqlamasında danışıb və Moskvanın mövqeyini açıqlayıb. O bildirib ki, hazırda hər hansı bir dialoq və ya müzakirənin başlanması üçün ilkin şərt Maduro və həyat yoldaşı Siliya Floresin sərbəst buraxılmasıdır.

Ryabkov həmçinin, Rusiyanın Maduronu siyasi sığınacaqla təmin edib-etməyəcəyi ilə bağlı suallara cavab verərkən, bunun yalnız onun azad edildikdən sonra nəzərdən keçirilə biləcəyini qeyd edib: “Hazırda bütün ssenarilər hipotetikdir. Əsas məsələ onun sərbəst buraxılmasıdır”.

Xatırladaq ki, 3 yanvar tarixində ABŞ xüsusi təyinatlı qüvvələri Venesuelada “Mütləq Qətiyyət” əməliyyatı keçirərək Nikolas Maduro və xanımını həbs ediblər. Həbs olunanlar dərhal Nyu-Yorka gətirilib və hazırda Manhetten federal məhkəməsində narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları ilə mühakimə olunurlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.