Rusiya-Ukrayna müharibəsi mümkün həll mərhələsinə yaxınlaşır.
Türkiyənin XİN rəhbəri bildirir ki, dəyişən hərbi balans və ağır iqtisadi yük tərəfləri danışıqlara məcbur edən yeni mərhələyə gətirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi mümkün həll mərhələsinə yaxınlaşır.
Nazirin açıqlamasında bildirilir ki, həm cəbhədə dəyişən vəziyyət, həm də hər iki tərəfə artan iqtisadi yük müharibəni getdikcə daha dözülməz edir. Fidan qeyd edib ki, qarşıdurma artıq bütün iştirakçılar üçün ağır nəticələr doğuran “tükənmə müharibəsi”nə çevrilib.
Onun sözlərinə görə, Avropa ölkələri döyüş meydanında olmasalar da, Kiyevə göstərdikləri geniş hərbi və maliyyə dəstəyi səbəbilə ciddi xərclərlə üz-üzədirlər. Hərbi büdcələrin böyüməsi isə sosial sahələrə ayrılan vəsaitin azalmasına gətirir ki, bu da həm siyasi, həm də iqtisadi təzyiq risklərini artırır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.