Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rusiya-Ukrayna gərginliyi

Fastov, Vışqorod və Buça rayonlarında hava zərbələri nəticəsində üç nəfər yaralanıb, bir neçə ev və infrastruktur obyektləri zərər görüb.

21

Dekabrın 6-na keçən gecə Rusiya qüvvələri Kiyev vilayətində hava zərbələri endirib.

Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Fastov, Vışqorod və Buça rayonlarında gecəboyu bombardman davam edib. Hadisələr nəticəsində üç nəfər yaralanıb.

Fastovda yanğınlar baş verib, dəmiryol vağzalı və avtobaza ciddi ziyan çəkib. Novi Petrovtsi kəndində pilotsuz uçan aparatların qalıqları 5,500 kvadratmetrlik anbarda yanğına səbəb olub. Eyni zamanda, kənddə üç yük maşını yanıb, bir yaşayış evi dağılıb və əlavə altı evə ziyan dəyib.

Buça rayonunun Nejloviçi kəndində də fərdi yaşayış evi yanaraq yanğın baş verib.

Müvafiq xidmətlər hücum nəticələrinin aradan qaldırılması üzərində işlərini davam etdirirlər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.