AzərbaycanElm və təhsilMDUXəbərlər

Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb

Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə heç bir zaman barışmayıb. Minlərlə insan öz ata baba yurdundan məcburi köçkün düşsə də bir gün geri qayıtmaq ümidi ilə yaşayıb və dövlətimizə güvənib. Torpaqlarımızın danışıqlar yolu ilə qayıtmasına ümid bəsləyən köçkün soydaşlarımız əzəldən düşmənin xislətinə bələddir. Onların yurd yerlərinə etdikləri təcavüzləri, soyqırımlar yaddaşlarından silinməyib. Və əsrlər keçsə də ermənilərin insanlığa sığmayan terrorları tarixin yaddaşında əbədi qalacaq. Azərbaycan dostluq və qardaşlıq etdiyi bütün dövlətlərlə əməkdaşlığını uğurla davam etdirir. Bu gün də öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır.

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində bildirib ki, “Ermənistan atəşkəs rejimini kobud şəkildə pozur. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum etdi. Gecə vaxtı – yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirdi. Birinci hücumdan sonra, iki hücum olub, həlak olanlar və yaralananlar hədsiz çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik etdi. Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi”. Dövlətimizin başçısı onu da əlavə edib ki, Azərbaycan nizamlama prinsipinə həmişə saidiq olub: “Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır”.

Ermənistan tərəfi yaxşı bilir ki, bu torpaqlar Azərbaycanın ərazisidir və işğalçılar buraları tərk etməlidirlər. Lakin özlərini ağıllı, başqalarını isə savadsız hesab etmək istəyi ilə saxta məlumatlarla fikirləri çaşdırmağa çalışırlar. Lakin bütün dövlətlər yaxşı bilir ki, Ermənistan terrorçu dövlətdir. Bunun bir nümunəsi, Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib.

Azərbaycan xalqı, Azərbaycan dövətinin rəhbərliyi həmişə haqqın tərəfində olub və bu yenə belədir. Bizim ölkəmizdə insanların hüquq və azadlıqları qorunur, ölkəmizin hər yerində iqtisadi inkişaf proqramları həyata keçirirlir. Bizim dövlətimiz inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Ən birinci problemimiz isə işğal altırndakı torpaqlarımızın azad edilməsidir və nə gözəl ki, azərbaycan Ordusu bu şərəfli missiyanı ləyaqətlə həyata keçirir. Torpaqlarımız bir-bir azad olunur. Bu gün Azərbaycanda xalq-dövlət vəhdəti daha da güclənib və bu güc ölkəmizi qələbəyə doğru aparır. Düşmən dövlətlə müqayisədə bizdə cəmiyyət, insanlar arasında qarşılıqlı hörmət var, xalq dövlətinin başçısına sadiqlik nümayiş etdirir, etimadını göstərir. Ermənistanda isə vəziyyət tam əksinədir.

Prezidentimiz bu barədə danışarkən qeyd edib ki, birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.

Ermənistan işğal etdiyi torpqaları qeyd şərtsiz geri qaytarmalıdır. Görünür onlar bu tələb ciddi yanaşmırlar, elə zənn edirlər ki, biz Azərbaycan xalqı sakit duracaq, ermənipərəst dövlətlərin birtərəfli mövqeyi ilə barışacağıq. Lakin zaman keçdikcə cəmiyyət, xalq bu yalanlarla barışmadığını bəyan etdi, düşmənin növbəti hücumuna adekvat cavab verildi. Elə ilk günlərdən Azərbaycfan Ordusu dünyanı heyrətə saldı. Cəsarətli və taktiki cavabları ilə Ordumuzun qələbələr qazanması xalqın ruh yüksəkliyinin artması ilə nəticələndi.     Bu günlər Azərbaycanın tarixinin şanlı səhifəsidir. Zəfərlər bir-birini əvəz edir. ordumuz həqiqətən rəşadət nümayiş etdirir. Prezident İlham Əliyev: “Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb”.

Bu gün status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur.

Münaqişənin qaynar fazası dövründə Qərb və Rusiya mətbuatında Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələ olduğu müşahidə olunur. Ona görə sülhməramlıların və müşahidəçilərin kimlərin olacağını ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Bundan sonra Minsk qrupu gərək mövqeyində dəyişiklik edə, Azərbaycanın haqlı tələblərinə biganə yanaşmaya. Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. “İlk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır”.

Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub. Buna cavab olaraq Azərbaycan Prezidenti belə dedi: “ Qarabağ Azərbaycandır!”. Bu gün bu ifadə Azərbaycan xalqının devizinə çevrilib.

Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub, deyən ölkə başçısı bildirib ki, “Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi”. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq.

Azərbaycanın tələbi dəyişmir. Bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Azərbaycan bu mövqeyini bir daha təsdiq edir.

Azərbaycan torpaqlarının azad edilməsi uğrunda yalnız Azərbaycan vətəndaşı döyüşür. Başqa dövlətlərdən kimlərinsə gəlib burada döyüşməyinə ehtiyac yoxdur. Müzəffər Azrəbaycan Ordusu, könüllü Vətən müharibəsinə yollananlar böyük rəşadət göstərirlər. Onlar yurdumuzun vətənpərvər övladlarıdır, xalq qəhrəmanlarıdırlar. Burada müzdlular döyüşmür: “İndiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin”.

“İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir”.

Sentyabrın 27-dən bəri Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib, deyən İlham Əliyev düşmənin daha bir simasını açaraq deyib ki, onlar silah sursatlarını qoyub qaçırlar: “Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib”.

“36 tankı qənimət götürülüb, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar Azərbaycanın əsgərləri və zabitləridir”.

Bizim vətənimizi qorumağa yollananlar məcburi deyil, ürəklə gedir. “Ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. Hətta səfərbərlik elan etməmişik. Qismən səfərbərlik elan edilib”. Vətən torpaqları azad olsun, təki yurdumuzun başı üzərindən qara dumanlar çəkilsin, firavanlıq bərpa edilsin, insanlar ata-baba yurdlarına qayıtsınlar, -bu gün Azərbaycan xalqının dilindən qopan sözlər bunlardır.

Ermənistan həmişə atəşkəsi pozub. “Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”.

“Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır. Yeri gəlmişkən, bütün bu məlumatlar mətbuatdavar.

Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Rusiya tərəfinə bildirilib ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyü güman edilir. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmaq çətindir.

Təəsüf ki, Bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi.

Gizlin deyil ki, Minsk qrupunun həmsədrlərinin heç bir nəticəyə nail olmamaları haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar. Lakin Minsk qrupu səy göstərib, təkliflər verib, irəliyə çox böyük addımlar atılıb;

Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə Azərbaycanı bunda ittiham etməyə çalışırdılar. Prezident Olham Əliyev:“Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsi müzakirə edilirdi”.

Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər.

İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. Bu adam cəzasına çatmalıdır.

Paşinyan Sorosun əlaltısıdır, deyərək prezidentimiz bildirib ki, “Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir”.

“Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür”.

Rusiya Azərbaycana dost ölkədir və münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb. Bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir. Azərbaycanın bir istəyi var, torpaqlarımız işğaldan azad edilsin. Çox şükür ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bu yolda uğurla irəliləyir. Qələbə Azərbaycanındır.

 

Nüşabə Qədimli,

İqtisad üzrə fəlsəfə doktoru

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close