Rusiya Ermənistandan gətirilən məhsulları geri qaytardı
Yük maşınları sərhəddə gözləməyə məcbur oldu
Rusiya bazarına göndərilən Ermənistan mənşəli kənd təsərrüfatı məhsullarının böyük bir hissəsi geri qaytarılıb. Yerli mediada yayılan xəbərlərə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə yük maşını sərhəd məntəqəsindən geri dönüb.
Rusiya tərəfi məhsulların fitosanitar normalara cavab vermədiyini əsas gətirsə də, Ermənistan parlamentinin deputatı Qarnik Daniyelyan bu məsələnin yalnız iqtisadi deyil, həm də siyasi məzmun daşıdığını vurğulayıb. Onun sözlərinə görə, mövcud vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına ciddi zərbə vurur.
Deputat əlavə edib ki, yalnız kənd təsərrüfatı məhsulları deyil, tikinti materialları daşıyan maşınlar da oxşar problemlərlə üzləşib. Onlarla yük maşınının hələ də sərhəddə qeyri-müəyyən şəraitdə qərar gözlədiyi bildirilir. Daniyelyan hökumətin məsələyə adekvat reaksiya vermədiyini də xüsusi qeyd edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.