Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rubio: İrandakı əməliyyat bitəndən sonra dünya daha təhlükəsiz olacaq

Marko Rubio bildirib ki, ABŞ və müttəfiqlərinin hərbi addımları İranın raket və hərbi imkanlarını zəiflətməyə yönəlib və prosesdə artıq ciddi irəliləyiş var.

30

Marko Rubio Vaşinqtonda keçirilən tədbirdə bildirib ki, İrana qarşı aparılan əməliyyatlar yekunlaşdıqdan sonra qlobal təhlükəsizlik mühiti xeyli yaxşılaşacaq. Onun sözlərinə görə, rəsmi Tehran dünyada terroru dəstəkləyən əsas aktorlardan biridir və görülən tədbirlər bu təhdidi zəiflətməyə yönəlib.

Rubio qeyd edib ki, ABŞ və tərəfdaşlarının məqsədlərindən biri İranın raket potensialını sıradan çıxarmaqdır. Bu çərçivədə raket buraxılış imkanları, istehsal müəssisələri və hərbi dəniz qüvvələri əsas hədəflər kimi müəyyənləşdirilib.

Dövlət katibi əlavə edib ki, əməliyyatlarda irəliləyiş var: İranın silah arsenalı tədricən azalır, buraxılış sistemləri sıradan çıxarılır, raket istehsalı zəifləyir və donanma imkanları məhdudlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.