Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Regionda yeni mərhələ

Ermənistandan sülh mesajı: Azərbaycanla əməkdaşlıq dövrü başladı

11

Ermənistan Azərbaycanla münasibətlərdə yeni səhifənin açıldığını bəyan edib. Bu barədə Almaniyada səfir vəzifəsində çalışan Viktor Yenqibaryan Bundestaqın Xarici Əlaqələr Komitəsinin üzvü Adis Ahmetoviçlə görüşündə danışıb.

Diplomatın sözlərinə görə, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında imzalanan razılaşma region üçün dönüş nöqtəsi olub. O vurğulayıb ki, artıq münaqişə deyil, əməkdaşlıq və firavanlıq dövrü başlayır.

Yenqibaryan həmçinin qeyd edib ki, sazişin paraflanması Avropa İttifaqı, Almaniya və qonşu ölkələr üçün də geniş imkanlar açacaq. Onun fikrincə, bu addım xarici investorların qarşısındakı təhlükəsizlik risklərini minimuma endirəcək və regionun iqtisadi inkişafına təkan verəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.