Ramil Həsən deputatlıq fəaliyyətini başa vurdu
Deputat Türk Dövlətləri Parlament Assambleyasına Baş katib seçildiyi üçün Milli Məclisdəki mandatına xitam verildi.
Milli Məclisin deputatı Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib. Bu qərar onun Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) Baş katib seçilməsi ilə əlaqədardır.
Məsələ parlamentin bu gün keçirilən iclasında elan olunub.
Ramil Həsən iclasda sonuncu dəfə çıxış edərək həmkarlarına təşəkkürünü bildirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.