Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rəqəmsal Vergi Xidməti Yeni Səviyyədə

Rəqəmsal imza vasitəsilə vergi ödəyiciləri sənədləri onlayn imzalayaraq 100-dən çox xidmətdən yararlana biləcək, ödənişsiz abunə fürsəti də mövcuddur.

32

“AzInTelecom” MMC (AZCON Holding) və Dövlət Vergi Xidmətinin birgə əməkdaşlığı çərçivəsində SİMA rəqəmsal imzanın İnternet Vergi İdarəsinə inteqrasiyası genişləndirilməkdədir. Əlavə inteqrasiyalar nəticəsində daha 30-a yaxın elektron vergi xidməti artıq “SİMA İmza” ilə əlçatan olub.

Bu xidmətlərə vahid bəyannamənin göndərilməsi, hüquqi şəxslərin uçot məlumatlarının dəyişdirilməsi, filial və nümayəndəliklərin fəaliyyətinin dayandırılması, vergi ödəyicisinin debitor-kreditor borclarına dair müraciətlər, şəxsi hesab vərəqəsi üzrə çıxarış ərizəsi, elektron alış aktı və digər çoxsaylı əməliyyatlar daxildir.

Son yeniliklərdən sonra “SİMA İmza” vasitəsilə istifadə oluna bilən vergi xidmətlərinin ümumi sayı 100-dən artıqdır. Vergi ödəyiciləri İnternet Vergi İdarəsinə SİMA ilə daxil olaraq sənədləri üztanıma texnologiyası ilə rəqəmsal şəkildə imzalaya bilirlər. Bunun üçün new.e-taxes.gov.az portalında giriş zamanı “SİMA İmza” seçilir və mobil tətbiqlə göstərilən QR kod skan edilir.

Hazırda “SİMA İmza” tamamilə ödənişsiz əldə edilə bilir. Mobil tətbiq vasitəsilə sahibkar və ya hüquqi şəxs üçün imza sertifikatı yaradılarkən 6AYPULSUZ promokodunun daxil edilməsi kifayətdir — bu kod istifadəçilərə 6 ay ərzində abunə haqqı ödəmədən imzadan yararlanmaq imkanı verir.

SİMA İmza barədə
“AzInTelecom” tərəfindən 2022-ci ildə istifadəyə verilən SİMA yeni nəsil rəqəmsal imza artıq 5 milyon-dan çox endirilməyə malikdir. İmza almaq üçün hər hansı xidmət məntəqəsinə getməyə ehtiyac yoxdur — sadəcə tətbiqi yükləyib qeydiyyatdan keçmək kifayətdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.