Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni standartları təsdiqlədi

2026-cı ilin yanvarından etibarən sərnişin avtobusları elektron ödəniş və sərnişin sayğacı ilə təchiz olunacaq, maksimum yürüş həddi və buraxılış yaşı müəyyənləşdiriləcək.

18

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobuslarla bağlı yeni tələbləri təsdiqləyib. Nazir Rəşad Nəbiyev tərəfindən imzalanan qərara görə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi və digər şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobuslar müəyyən şərtlərə cavab verməlidir.

Avtobuslarda gediş haqqı elektron qaydada ödənilə biləcək, sərnişin sayğacı quraşdırılacaq. Sıxılmış təbii qaz və dizel mühərrikli avtobusların yürüş həddi 1 milyon km-dən, elektrik mühərrikli avtobusların isə 1,2 milyon km-dən artıq olmayacaq. Həmçinin, avtobusların buraxılış tarixi 15 ildən çox olmamalıdır və elektrik avtobusları təkrar doldurula bilən batareyalarla təmin edilməlidir.

Yeni qaydalar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.