Quba rayonunda üç kəndin adı dəyişdirilir
Toponimiya Komissiyasının qərarına əsasən kəndlərin adları müvafiq olaraq Elbir, Çinarlı və Bəhrəli olacaq; məsələ Milli Məclisin plenar iclasına təqdim edilir.
Milli Məclis yanında Toponimiya Komissiyasının bu gün keçirilən iclasında Quba rayonunda üç kəndin adlarının dəyişdirilməsi məsələsi müzakirə edilib.
İclasda Vladimirovka kənd inzibati dairəsinə daxil olan Vladimirovka, Alekseyevka kənd inzibati dairəsinə daxil olan Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi qərara alınıb.
Müzakirələrin yekunu olaraq kəndlərin adları müvafiq olaraq Vladimirovka → Elbir, Alekseyevka → Çinarlı, Timiryazev → Bəhrəli olaraq dəyişdirilib. Qərar Milli Məclisin plenar iclasına təqdim olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.