Qripə qarşı vaksinasiya kampaniyası başlayır
Vaksinasiya ödənişsizdir və əhali səhiyyə müəssisələrində peyvənd oluna bilər
Havaların soyuması ilə əlaqədar olaraq ölkədə kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma ehtimalı artır. Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi payız-qış mövsümündə qripə qarşı vaksinasiya kampaniyasına start verir.
Vaksinasiya üçün “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan, tam təhlükəsiz və yüksək keyfiyyətli qrip vaksinləri gətirilib. Səhiyyə naziri Teymur Musayevin əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən peyvənd kampaniyası başlayır.
Xüsusilə səhiyyə işçiləri, hamilə qadınlar və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı şəxslərin qripə qarşı peyvənd olunması tövsiyə edilir. Vaksinasiya ödənişsizdir və vətəndaşlar yaşadıqları və ya işlədikləri ünvan üzrə dövlət tibb müəssisələrində peyvənd edilə bilərlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.