Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qrenlandiya ətrafında gərginlik artır

Avropa İttifaqı Vaşinqtonun təzyiq siyasəti davam edərsə, 93 milyard avroluq iqtisadi tədbirləri gündəmə gətirə bilər

52

Avropa İttifaqına üzv dövlətlər Qrenlandiya ətrafında yaranmış gərginlik fonunda ABŞ-yə qarşı iqtisadi cavab addımları atmaq ehtimalını müzakirə edir. Söhbət ümumilikdə 93 milyard avro dəyərində rüsum və digər məhdudiyyətlərdən gedir.

“Financial Times” nəşrinin avropalı rəsmilərə istinadən yaydığı məlumata görə, Brüsselin nəzərdən keçirdiyi alternativlərdən biri də ABŞ şirkətlərinin Avropa İttifaqının vahid bazarına çıxış imkanlarının məhdudlaşdırılmasıdır.

Bildirilir ki, bu mümkün tədbirlər gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşlər ərəfəsində gündəmə gətirilib.

Avropalı diplomatların birinin qəzetə verdiyi açıqlamaya görə, əgər Vaşinqton təzyiq siyasətini davam etdirərsə, Aİ-nin əlində adekvat cavab mexanizmləri mövcuddur. Bununla yanaşı, Brüssel vəziyyətin daha da gərginləşməməsi üçün açıq qarşıdurmadan yayınmağa və ABŞ rəhbərliyinə geri addım atmaq imkanı verməyə çalışır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.