Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qonşular arasında iqtisadi əlaqələr güclənir

Almaniya Azərbaycan və Ermənistanın mayeləşdirilmiş təbii qaz və bitumun tranzitinə dair razılaşmasını alqışlayıb

95

Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin inkişafını dəstəkləyir.

Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamentindən verilən açıqlamada bildirilir ki, “Ermənistan və Azərbaycan mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən Ermənistana dəmir yolu vasitəsilə tranzitini təmin etmək barədə razılığa gəliblər. Bu, iki qonşu ölkə arasında iqtisadi münasibətlərin normallaşmasına yönəlmiş mühüm addımdır və biz bunu alqışlayırıq.”

Qeyd edək ki, yanvarın 27-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Yerevan və Bakının Azərbaycan vasitəsilə Ermənistana mayeləşdirilmiş təbii qaz və bitum tədarükü üzrə razılığa gəldiyini açıqlamışdı.

2025-ci ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın işğal dövründə qoyulan yük tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını elan etmişdi. İlk partiya neft məhsulları 2025-ci ilin dekabrında, ikinci və üçüncü partiyalar isə 9 və 11 yanvar tarixlərində Ermənistana çatdırılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.