Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qlobal neft bazarlarında qiymətlər yüksəlir

Brent və WTI markalı neftin fyuçersləri cüzi artım nümayiş etdirib

247

Brent və WTI markalı neft ucuz artım nümayiş etdirib

Beynəlxalq neft bazarlarında qiymətlərdə cüzi yüksəliş qeydə alınıb.

“ICE London” qitələrarası birjasında aparılan ticarət zamanı “Brent” markalı neftin 2026-cı ilin aprel ayı üzrə fyuçers müqaviləsi 0,82 faiz bahalaşaraq bir barel üçün 67,88 ABŞ dolları səviyyəsinə çatıb.

Eyni zamanda, Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin 2026-cı ilin mart ayı üzrə fyuçersləri də artım göstərib. Belə ki, WTI neftinin bir barelinin qiyməti 1,03 faiz yüksələrək 63,86 ABŞ dolları olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.