Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qlobal istiləşmə və Yerin sürətinə təsiri

Alimlər buz örtüklərinin əriməsinin planetin bucaq sürətinə təsir etdiyini və əlavə saniyə düzəlişlərinin 2029-cu ilə qədər lazım olmayacağını bildirirlər

402

Yeni araşdırmalar göstərir ki, Arktika və Antarktidadakı buzların əriməsi planetimizin fırlanma sürətinə təsir edir və günün uzunluğunu cüzi də olsa uzadır. Bu, astronomik ilin təqvim ili ilə tam üst-üstə düşməməsinə səbəb olur.

Astronomik il, yəni Yer kürəsinin Günəş ətrafında fırlanma dövrü, təqvim ilindən fərqləndiyindən, sıçrayış illəri tətbiq edilir. Bu sayədə əlavə bir gün fevral ayına əlavə olunur və ya lazım gələrsə, saniyə düzəlişi edilir. Mütəxəssislər Koordinasiyalı Universal Saat (UTC) vasitəsilə bu dəyişiklikləri izləyir.

Əvvəlki hesablamalara görə, əlavə və ya çıxılacaq saniyə 2026-cı ildə icra olunmalı idi. Lakin ABŞ-ın Kaliforniyada yerləşən Scripps Okeanoqrafiya İnstitutu və geofizik Dunkan Agnyu-nun son araşdırmaları göstərir ki, bu saniyə düzəlişi 2029-cu ilə qədər lazım olmayacaq. Bu yavaşlamaya səbəb Qrenlandiya və Antarktidada buz örtüklərinin əriməsi, qütblərin kütləsinin azalması və dəniz səviyyəsinin qalxmasıdır.

Moskva Dövlət Universitetinin professoru Leonid Zotov bildirir ki, Yer kürəsinin fırlanma sürəti əsrlər boyunca dəyişkən olub, Ayın təsiri ilə yavaşlamışdır. Lakin 2016-cı ildən bəri planetdə gözlənilməz sürətlənmə müşahidə edilib; gün 3 millisaniyə qısalaraq alimlərə yaxın kosmosda və Yerin dərin qatlarında baş verən proseslərin hələ tam anlaşılmadığını göstərir.

Zotov bu vəziyyəti belə izah edir: “Planetimiz bir şey hiss edir, biz isə hələ bunu tam anlamamışıq.”

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.