Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Təbii qazın qiyməti beynəlxalq birjalarda artdı

NYMEX-də qaz fyuçersləri bahalaşıb, Niderlandın TTF platformasında isə meqavat-saat üzrə qiymət 55 avronu keçib.

82

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiyməti artım göstərib.

Əmtəə bazarlarında təbii qazın 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə fyuçers kontraktlarının dəyəri 0,37% yüksələrək 3,1316 ABŞ dollarına çatıb.

Eyni zamanda, Niderlandın “Title Transfer Facility” (TTF) qaz ticarət platformasında da qiymətlər artıb. Burada qazın bir meqavat-saatının qiyməti 4,63% bahalaşaraq 55,86 avro təşkil edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.