Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qiymətli metallarda artım dalğası

COMEX birjasında qızıl 4 950 dollara, gümüş isə 75,44 dollara yüksəldi

45

Əmtəə bazarlarında qiymətli metallara tələbatın artması fonunda qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers müqavilələrinin dəyəri yüksəlib. Birja məlumatlarına əsasən, Nyu-Yorkda fəaliyyət göstərən COMEX əmtəə birjasında qızılın 2026-cı ilin aprel ayı üçün nəzərdə tutulan fyuçersləri 0,90% bahalaşaraq 4 950 ABŞ dollarına çatıb.

Eyni zamanda, həmin birjada gümüşün 2026-cı ilin mart fyuçersləri də artım nümayiş etdirib. Gümüşün bir unsiyasının qiyməti 2,58% yüksələrək 75,44 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.