Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Azərbaycanda “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulunda dərman vasitələrində istifadə olunan sildenafil maddəsi aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məhsul “Orxan 011” MMC tərəfindən Türkiyədən idxal edilən “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalıdır.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək, məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qərara alınmışdır.
Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunsa da, həkim nəzarəti olmadan qəbulu insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Baş ağrısı, qızdırma, ürəkbulanma, görmənin qəfil itirilməsi, nəfəs darlığı və ürək ağrısı kimi simptomlara səbəb ola bilər. Xüsusilə insult, infarkt keçirmiş və ciddi ürək və qaraciyər problemi olan şəxslər üçün təhlükəlidir.
Qeyd olunur ki, dərman vasitələri qida məhsulları kateqoriyasına daxil olmadığından və yalnız həkim nəzarəti altında qəbul edilməli olduğundan, qida məhsulunda istifadəsi qanunsuz sayılır.
İstehlakçılara bu məhsulu qəbul etməmələri tövsiyə olunur.
Əvvəlki yazı
Növbəti yazı
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.