Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT sektorunda daha bir səs-küylü məhkəmə prosesi

Hafiz Həsənov barəsində ağır ittihamlar irəli sürülüb, iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq

12

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair istintaq çərçivəsində “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmasına başlanılır.

İbtidai istintaqın tamamlanmasının ardından iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin olunub.

İttiham aktına əsasən, Hafiz Həsənova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə – cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (193-1.3.2), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2)vəzifə saxtakarlığı (313) – ittihamları irəli sürülüb.

Hazırda onun barəsində ev dustaqlığı qətimkan tədbiri qüvvədə qalır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.