Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lərə çağırış: Dövlət dəstəyi Konsepsiyasını birlikdə yeniləyək!

Təkliflərinizi 15 fevrala qədər QHT Agentliyinə göndərin və ictimai müzakirələrdə iştirak edin.

108

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası (2007-ci il, link) müasir çağırışlara və tələblərə uyğunlaşdırılmaq məqsədilə təkmilləşdirilir və yenilənir. Bu prosesdə QHT-lərin fəal iştirakı çox önəmlidir.

QHT Agentliyi təkliflərin hazırlanması üçün bütün QHT-ləri dəvət edir. Təkliflər 2026-cı il 15 fevral tarixinə qədər yazılı şəkildə office@ngoagency.gov.az elektron ünvanına göndərilə bilər.

Daha sonra təqdim olunan təkliflər sistemləşdiriləcək, təhlil ediləcək və bu istiqamətdə QHT-lərlə ictimai müzakirələr təşkil olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.