Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT Agentliyinin müsabiqə nəticələri sabah açıqlanacaq

981 təşkilatdan 707-si layihələr təqdim edib, 602 layihə ekspertlərin və Müşahidə Şurasının qiymətləndirməsindən keçirilib; texniki seleksiyadan keçməyən layihələrin əksəriyyətində plagiat aşkarlanıb.

28

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən 2026-cı il üzrə keçirilən müsabiqələrin nəticələri sabah elan olunacaq.

Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib ki, bu il müsabiqələrə 981 təşkilat müraciət edib ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. Qeyd olunub ki, QHT sektorunda son illərdə aparılan islahatlar və müsabiqələrin şəffaf keçirilməsi ictimai etimadı artırıb.

Lakin keyfiyyət hələ də prioritet olaraq qalır. Müraciət etmiş təşkilatların hamısı layihələrini tam təqdim etməyib. Nəticədə 707 QHT-dən 789 layihə daxil olub. Bunlardan 187 layihə texniki seleksiyadan keçə bilməyib, əksəriyyətində plagiat aşkarlanıb və yanvar ayında imtina cavabları verilib.

Qalan 602 layihə isə müstəqil ekspertlər tərəfindən qiymətləndirilərək, Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara uyğun olaraq Müşahidə Şurasında kollegial baxışdan keçirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.