Qeyri-neft-qaz sektoru
Özəl sektorda gündəlik iş yerlərinin açılması ölkə iqtisadiyyatına böyük töhfə verir
Qeyri-neft-qaz sahəsində fəaliyyət göstərən özəl sektorda hər gün təxminən 200 yeni iş yerinin yaradıldığı bildirilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazir bildirib ki, 1 yanvar 2019-cu ildən 1 noyabr 2025-ci ilədək orta təqvim günləri hesabı ilə qeyri-neft-qaz özəl sektorda gündəlik təxminən 200 yeni iş yerinin açılması müşahidə olunub ki, bu da iqtisadi inkişaf üçün əhəmiyyətli göstəricidir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.