Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qeyri-formal əmək fəaliyyəti ilə məşğul olanlar üçün sığorta ödənişi

İşsiz şəxslərin icbari tibbi sığorta haqları isə dövlət tərəfindən qarşılanacaq

42

Tibbi Sığorta Haqqında Qanuna edilən dəyişikliklə qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan şəxslər də 16 manat məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu, geniş müzakirələrə səbəb olub.

Milli Məclisin üzvü Müşfiq Məmmədli bildirib ki, qeyri-formal fəaliyyət əmək müqaviləsi və ya VÖEN-i olmayan şəxslərə aiddir. Onlar ya işlərini leqallaşdırmalı, ya da qanuna uyğun sığorta ödənişi etməlidirlər:
“16 manat ödəniş bir ay üçün nəzərdə tutulub. Ödəniş gecikdirilərsə, 10% cərimə tətbiq ediləcək. Məqsəd fəaliyyət sahələrini aşkara çıxarmaq, stimullaşdırmaq və şəxslərin gəlirlərini özləri idarə etməsidir”.

Deputat əlavə edib ki, işsiz kimi dövlət qeydiyyatında olan vətəndaşların icbari tibbi sığorta haqları əvvəlki qaydada dövlət tərəfindən ödəniləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.