Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazaxıstan Sülh Şurasına üzvlük üçün maliyyə öhdəliyi götürmür

Ölkə şuraya qoşulub, lakin 1 milyard dollarlıq könüllü ianə ödəməyəcək və üzvlük müddəti nizamnaməyə əsasən üç il ilə məhdudlaşır

74

Qazaxıstan Sülh Şurasına üzvlük üçün nəzərdə tutulan 1 milyard dollarlıq ödənişi etməyib və etməyi də planlaşdırmır.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti rəsmi açıqlama yayıb. Bildirilib ki, Sülh Şurasında iştirak tamamilə dövlətlərin öz iradəsinə əsaslanır və üzvlük öhdəlik xarakteri daşımır.

Açıqlamaya görə, şuranın nizamnaməsində qeyd olunan 1 milyard dollarlıq məbləğ könüllü ianə kimi nəzərdə tutulub və bu, üzvlük üçün məcburi şərt hesab edilmir. Həmin ianə ilk il ərzində ödənildiyi təqdirdə, üzv dövlətin şuradakı fəaliyyət müddəti əlavə üç il uzadıla bilər.

Qazaxıstan tərəfi vurğulayıb ki, ölkə Sülh Şurasına qoşularkən heç bir maliyyə ödənişi həyata keçirməyib və bu addım nizamnamənin müddəalarına tam uyğundur. Dövlətlər şuraya daxil olduqları tarixdən etibarən üç il müddətinə üzv statusu qazanırlar.

Qeyd edək ki, yanvarın 22-də Davosda ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının nizamnaməsi 19 ölkə tərəfindən imzalanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.