Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazaxıstan-Ermənistan münasibətləri yeni səviyyəyə yüksəldi

Tokayev Paşinyanı “Qızıl Qartal” ordeni ilə təltif etdi – qardaşlıq və etimadın simvolu

11

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanı “Qızıl Qartal” ordeni ilə mükafatlandırıb. Təltif liderlərin Astanda keçirilən görüşü zamanı baş tutub.

Tokayev bildirib: “Çətin geosiyasi şəraitdə verdiyiniz cəsarətli qərarlar nəticəsində erməni xalqı üçün dəyərli bir addım atıldı. Dost və qardaş Ermənistan sülh və davamlı inkişaf yolunu seçdi. Bu sahədə sizin tarixi töhfəniz böyükdür. Vaşinqtonda qəbul olunmuş sülh sazişinin təşviqində oynadığınız rol da əvəzsizdir”.

Qazaxıstan Prezidenti əlavə edib ki, Qazaxıstan-Ermənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Ermənistanla əlaqələrin inkişafına verdiyiniz böyük töhfəni nəzərə alaraq sizi ali dövlət mükafatı “Qızıl Qartal” ordeni ilə təltif edirəm. Bu, xalqlarımız arasında möhkəm etimadın və qardaşlığın parlaq simvoludur”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.