Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazaxda mina partlayışı – ANAMA əməkdaşı yaralandı

Həyati təhlükəsi yoxdur, amma ciddi xəsarət alıb

26

Noyabrın 17-də Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında piyada əleyhinə mina partlayışı baş verib. Hadisə sərhəd bölgəsində, xidmət vəzifəsini yerinə yetirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşını əhatə edib.

1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu mina partlayışı zamanı sağ ayağının topuq nahiyəsindən xəsarət alaraq amputasiya olunub. O, dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Samirin vəziyyəti qənaətbəxşdir və həyati təhlükəsi yoxdur.

Agentlik partlayışın baş verdiyi ərazidə təmizləmə işlərinin davam etdiyini və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlərin həyata keçirildiyini bildirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.