Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qaradağda qadına qarşı hədə-qorxu: şübhəli saxlanıldı

Sosial şəbəkədə tanış olduğu şəxs 38 yaşlı qadından 800 manat alıb, faktla bağlı araşdırma aparılır.

64

Qaradağ rayonunda 38 yaşlı qadın hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, sosial şəbəkə vasitəsilə tanış olduğu şəxs onu rüsvayedici məlumatlar yaymaqla hədələyib. Zərərçəkənin sözlərinə görə, həmin şəxs müxtəlif vaxtlarda ondan ümumilikdə 800 manat pul alıb.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən 23 yaşlı E.Quluzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.