Qarabağın tarixi irsi yenidən canlanır
274 illik qala Zəfərdən sonra əzəmətli görünüşünü bərpa edib
274 il əvvəl Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilmiş Əsgəran qalası, aparılan bərpa işlərindən sonra ziyarət üçün yenidən istifadəyə verilib.
Bu barədə Türkiyənin Anadolu Agentliyi Azərbaycanın işğaldan azad olunmuş əraziləri ilə bağlı hazırladığı reportajda məlumat yayıb. Agentlik, xüsusilə erməni işğalı dövründə qalanın baxımsız vəziyyətə düşdüyünü diqqətə çatdırıb.
Reportajda qeyd olunur:
“Qarabağ müharibəsində əldə olunan Zəfərdən sonra qalanın bərpasına başlanılıb və işlərin əksəriyyəti artıq tamamlanıb. Bu gün Əsgəran qalası əvvəlki əzəmətini bərpa edərək həm sakinləri, həm də qonaqları sevindirir.”
1751-ci ildə müdafiə məqsədilə tikilmiş qalada bəzi divarların hündürlüyü 12 metrə, eni isə iki metrə çatır. Anadolu Agentliyi, həmçinin Azərbaycanın bərpa olunmuş tarixi irs obyektinin illüstrasiyalarını də reportajda təqdim edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.