Qarabağda təhsil yenidən canlanır
Xankəndi, Ağdam və Xocalıdakı məktəbəqədər və orta təhsil müəssisələrində dərslər bərpa olunub, təhsil infrastrukturunun bərpası davam edir
Xankəndi, Ağdam və Xocalıda məktəbəqədər təhsil müəssisələrində ilk dərslər təşkil olunub. İşğaldan azad edilmiş bölgələrdə təhsil infrastrukturunun bərpası davam edir.
Bu münasibətlə Xankəndinin Kərkicahan kəndindəki 1 nömrəli uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndindəki 1 nömrəli uşaq bağçasında və Xocalı rayonunun Ballıca kəndindəki 1 nömrəli uşaq bağçasında şagirdlər tədris ilinə start veriblər. Eyni zamanda, Xankəndinin Kərkicahan kəndindəki 1 nömrəli orta məktəbdə də dərslər müasir şəraitdə bərpa olunub.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil müəssisələrini ziyarət edərək dərsləri izləyib, müəllim və şagirdlərlə görüşüb. O, təhsil sahəsində uğurlar arzulayaraq qeyd edib ki, bölgədə təhsil inkişafı dövlət siyasətinin prioritetlərindən biridir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.