Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağda QHT-lərin Böyük Toplantısı

Əməkdaşlıq Forumu bu dəfə azad edilmiş ərazilərdə keçiriləcək

12

Artıq üçüncü ildir ki, Azərbaycan QHT-lərinin geniş müzakirə meydanı hesab olunan illik Əməkdaşlıq Forumu təşkil olunur. 2023-cü ilin noyabrında tədbir Bakıda Heydər Əliyev Mərkəzində, 2024-cü ilin iyununda isə Zəngilan Konqres Mərkəzində baş tutmuşdu. Bu dəfə isə növbəti forum Qarabağda keçiriləcək.

Məlumatı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva açıqlayıb. Onun sözlərinə görə, forum “Konstitusiya və Suverenlik İli”nə həsr olunacaq.

Ü.Qarayeva əlavə edib ki, QHT-lərin VI İnkişaf və Mübadilə Proqramına da hazırlıq aparılır:
“Proqram daha əvvəl Mingəçevir, Naftalan, Bakı, Naxçıvan və Şamaxıda təşkil edilib. İlk dəfə olaraq bu dəfə tədbirin azad edilmiş ərazilərdə keçirilməsi planlaşdırılır”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.