Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağda qalan əsgərlər Ermənistana qaytarıldı

Azərbaycan bölgədə qalan 10 erməni və bir rus əsilli vətəndaşı təhvil verib

105

Azərbaycan Qarabağda qalan 10 erməni və bir rus əsilli vətəndaşı Ermənistana təhvil verib.

Bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan məlumat verib. Bildirilib ki, həmin şəxslər Qarabağdakı separatçı qurumun ləğv edilməsindən sonra bölgədə qalmışdılar.

Nazir öz Facebook hesabında yazıb: “Qarabağda hələ də yaşayan 10 erməni və bir rus əsilli vətəndaş Ermənistan Respublikasına köçmək üçün Azərbaycan və Ermənistanın müvafiq qurumlarına müraciət ediblər. Müraciətlər əsasında onlar təhlükəsiz şəkildə Ermənistana köçürülüblər”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.