Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ Universitetinin rəhbərliyi Mingəçevirin ümumtəhsil məktəblərinin məzunları, müəllimləri və valideynləri ilə görüş keçirib

13 iyun 2024-cü il tarixində Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Qarabağ Universitetinə tələbə qəbuluna dair növbəti təbliğat görüşü keçirilib. Keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) Mingəçevir şəhəri üzrə ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında yüksək bal toplayan məzunları, onların valideynləri və müəllimləri ilə görüş baş tutub. Mingəçevir şəhərində keçirilən görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov yeni yaradılan universitet haqqında ətraflı məlumat verib, müvafiq video və təqdimatlar nümayiş etdirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Tədbirin təşkilinə göstərilən dəstəyə, görüşdə iştiraka və təsirli çıxışına görə rektor Şahin Bayramov Mərkəzi Aran RTİ-nin müdiri hörmətli Elçin Kərimova, eləcə də Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri hörmətli Sevinc Həsənovaya və məktəb direktorlarına təşəkkür edib. Eləcədə səmimi münasibətə və isti qarşılanmaya görə Mingəçevir şəhər məktəblərinin şagirdlərinə və müəllimlərinə minnətdarlığını bildirib. Mingəçevirli gənclərin Qarabağ Universitetinə göstərdiyi böyük maraq universitet rəhbərliyini qürurlandırıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.