Qarabağ kanalında batan şəxsin meyiti tapıldı
FHN-in dalğıc-xilasediciləri 39 yaşlı Bəxtiyar Məmmədovun cəsədini sudan çıxarıb və aidiyyəti orqanlara təhvil veriblər.
Mingəçevirdə bir neçə gün əvvəl Qarabağ kanalında batan şəxsin meyiti tapılıb.
Mərkəzi Aran bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Bəxtiyar Məmmədovun cəsədi kanalın Mingəçevir ərazisindən keçən hissəsində Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu tərəfindən aşkarlanıb.
Axtarışların nəticəsində sudan çıxarılan meyit aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına təhvil verilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.