Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ danışıqlarının gizli səhifələri

Sukiasyan keçmiş Ermənistan prezidentlərini danışıqlara aid sənədləri illərlə gizlətməkdə ittiham edir

31

Ermənistanın “Xristian-Demokrat” Partiyasının sədr müavini Hayk Sukiasyan ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanı Qarabağ münaqişəsi dövründə aparılan danışıqlara dair mühüm sənədləri ictimaiyyətdən gizlətməkdə ittiham edib.

Sukiasyan bildirib ki, danışıqlar prosesi yalnız Köçəryanın dövrü ilə məhdudlaşmır və ondan əvvəlki mərhələlərə aid materiallar da ortada yoxdur:

“Ter-Petrosyanın prezidentliyi dövründə aparılan danışıqların sənədləri haradadır? Niyə açıqlanmır? Köçəryan və Sərkisyan isə onun davamçılarıdır. Ermənistan məhkəməsi Köçəryanın Ermənistana məxsus əraziləri ‘bazarlığa çıxarmağa’ hansı əsasla cəhd etdiyini araşdırmalıdır”.

O həmçinin bildirib ki, həmin dövrlərdə keçirilən danışıqlarda Ermənistan rəhbərləri faktiki olaraq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul ediblər.

Sukiasyan üç keçmiş prezidentin Rusiya rəhbərliyindən, xüsusilə Vladimir Putindən asılı olduqlarını da vurğulayıb:

“Daxildə öz vətəndaşlarına qarşı sərt, çöldə isə tam fərqli, itaətkar davranıblar”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.