Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qara Dənizdə gərginlik artıb

Türkiyə Müdafiə Nazirliyi ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər gördüyünü açıqlayıb.

13

Türkiyə Müdafiə Nazirliyi Qara Dənizdə ticarət gəmilərinə yönəlmiş son hücumlarla bağlı açıqlama yayıb və bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə yeni addımların atıldığını bildirib.

Nazirliyin sözçüsü Zəki Aktürk qeyd edib ki, Ukraynada baş verən münaqişənin yaratdığı dəniz təhlükələrinə qarşı regional məsuliyyət çərçivəsində bir sıra preventiv tədbirlər görülür. Onun sözlərinə görə, bu tədbirlər təhdidləri minimuma endirmək və Qara Dənizdə naviqasiya üçün etibarlı mühit yaratmaq məqsədini daşıyır:

“Biz dənizdəki riskləri azaltmaq üçün zəruri addımlar atırıq. Lakin davamlı və etibarlı dəniz mühiti yalnız daimi sülh şəraitində təmin oluna bilər,” – deyə Aktürk vurğulayıb.

O əlavə edib ki, Türkiyənin su hövzəsində və strateji obyektlərində təhlükəsizliyi təmin etmək üçün bütün tədbirlər görülür. Həmçinin, Paşalimanı Dəniz Bazası ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Hazırda baza Albaniya ilə birgə logistika, texniki və təlim-tədris sahələrində əməkdaşlığını davam etdirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.