Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qar fırtınası ABŞ-ni iflic etdi

Güclü qar fırtınası bir milyondan çox sakini işıqsız qoydu, ölənlər var

97

ABŞ-də hökm sürən güclü qar fırtınası ciddi fəsadlara yol açıb. Təbii hadisə nəticəsində bir milyondan artıq insan elektrik enerjisiz qalıb, azı 11 nəfərin həyatını itirdiyi bildirilir.

Elektrik təchizatındakı problemlər əsasən ölkənin cənub bölgələrində müşahidə olunub. Rəsmi məlumatlara əsasən, Tennessi ştatında 330 mindən çox, Missisipidə 160 mindən artıq, Luizianada 135 mindən çox, Texasda isə təxminən 90 min abonent işıqsız qalıb.

Şimal və mərkəzi ştatlarda da vəziyyət mürəkkəb olub. Kolorado, İllinoys, İndiana, Missuri, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada intensiv qar və buzlanma qeydə alınıb. Çətin hava şəraiti aviasiya sahəsinə də təsirsiz ötüşməyib — ölkə üzrə 11 mindən artıq aviareys təxirə salınıb və ya ləğv edilib.

Təbii fəlakətin insan tələfatına səbəb olduğu da təsdiqlənib. Tennessi, Kanzas, Nyu-York, Texas, Luiziana və Miçiqan ştatlarının yerli hakimiyyət orqanları hava şəraiti ilə əlaqədar ölüm hallarının baş verdiyini açıqlayıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.