Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qanunvericilikdə dəyişikliklərin icrası başlanır

Nazirlər Kabineti Vergi Məcəlləsi və sosial sahə ilə bağlı yeni qaydaların tətbiqi üçün tədbirlər planını təsdiqləyib

446

Nazirlər Kabineti Vergi Məcəlləsi, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda edilmiş dəyişikliklərin icrasının təmin olunması ilə bağlı qərar qəbul edib. Müvafiq sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanunvericiliyə uyğunlaşdırılması barədə təkliflərini beş ay ərzində hökumətə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanlarına isə dörd ay müddətində qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri çərçivəsində normativ hüquqi aktlar hazırlamaq və ya belə təkliflərinin olmadığı barədə məlumat vermək tapşırılıb.

Eyni zamanda, Ədliyyə Nazirliyi altı ay ərzində normativ aktların qanuna uyğunlaşdırılması ilə bağlı Nazirlər Kabinetinə məlumat təqdim etməlidir. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.