Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağdaşda “Uğurlu qadının sirri”ndən danışıldı

Tədbirdə qadının bəşəriyyətin irəli getməsində mühüm rolu olduğu  vurğulandı

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyi təşkilatçılığı və Ağdaş Heydər Əliyev Mərkəzinin dəstəyi ilə “Uğurlu qadının sirri” mövzusunda tədbir keçirilib.

Tədbirə nümayəndəliyin təcrübəçiləri və Ağdaşın müxtəlif təşkilat və idarələrdə fəaliyyət göstərən aktiv və uğur qazanmış xanımları dəvət olunub. Əvvəlcə günün tarixi, əhəmiyyəti barədə məlumatlar verilib, videoçarx nümayiş etdirilib. Sonra isə xanım qonaqlar öz uğur hekayələrini danışıb, sirlərini gənclərlə bölüşüb və onlarda motivasiya yaradıblar.

Rayonun Heydər Əliyev Mərkəzi, Dövlət Humanitar Kolleci, Tarix-diyarşünaslıq Muzeyi, Uşaq-Gənclər və İdman Məktəbi, Peşə Məktəbi, “Region kursları” və 2 saylı tam orta məktəbinin aktiv fəaliyyət göstərən xanımları çıxış ediblər.  Onlar qadının bəşəriyyətin irəli getməsində mühüm rolu olduğunu  vurğulayıblar.

Biz də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdaş nümayəndəliyinin  gəncləri olaraq şəhid analarının adından bütün qadınları təbrik edir, karyeralarında və şəxsi həyatlarında uğurlar arzulayırıq.

Şərhlər bağlıdır.