Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzza zolağında gərginlik yenidən yüksəlir

İsrail HHQ şimal bölgəsində mövqelərə yaxınlaşan silahlı şəxsləri hədəfə alıb

35

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının şimal hissəsində silahlı şəxslərə qarşı zərbə endirib. İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata görə, radikal qruplaşmaya üzv olan bir neçə silahlı şəxs İsrail hərbçilərinin yerləşdiyi mövqelərə doğru hərəkət edərək təhlükə yaradıb.

Bildirilib ki, sözügedən şəxslər “sarı xətt” adlandırılan təhlükəsizlik sərhədini keçərək İsrail qoşunlarına yaxınlaşıblar. Yaranmış birbaşa təhlükə səbəbilə HHQ-nin həyata keçirdiyi əməliyyat nəticəsində onlardan biri zərərsizləşdirilib.

Ordunun açıqlamasında vurğulanıb ki, İsrail bölmələri atəşkəs razılaşmasına uyğun şəkildə Qəzza zolağındakı mövqelərini qorumaqda davam edir və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan hallara qarşı operativ tədbirlər görəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.