Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzza üzrə beynəlxalq təşəbbüsə yeni dəstək

Bəhreyn Kralı Donald Trampın yaratdığı Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib

336

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və Qəzza zolağının idarə olunması məsələlərini əhatə edəcək Sülh Şurasına qoşulmaqla bağlı dəvəti qəbul edib.

Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Məlumat Bəhreynin rəsmi xəbər agentliyi BNA tərəfindən dərc olunub.

Açıqlamada vurğulanır ki, Krallığın bu qərarı Donald Tramp tərəfindən irəli sürülən və Qəzza ilə bağlı 20 maddədən ibarət sülh təşəbbüsünün tam şəkildə reallaşdırılmasına dəstək məqsədi daşıyır. Sənəddə qeyd olunur ki, sözügedən plan Fələstin xalqının qanuni hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Həmçinin bildirilir ki, Kral Həməd bin İsa Əl Xəlifə ABŞ Prezidentinin Yaxın Şərqdə və qlobal miqyasda sülhün təmin olunmasına yönəlmiş səylərini yüksək dəyərləndirir və bu təşəbbüsləri regionda sabitliyə töhfə kimi qiymətləndirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.