Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qətər İran təyyarələrini və raketlərini vurdu

Su-24 qırıcıları, yeddi ballistik raket və beş dron ölkənin hərbi qüvvələri tərəfindən zərərsizləşdirilib

19

Qətər Müdafiə Nazirliyi bəyan edib ki, İran tərəfindən göndərilən iki Su-24 qırıcı təyyarə, yeddi ballistik raket və beş dron ölkənin hava və dəniz qüvvələri tərəfindən uğurla məhv edilib.

Nazirliyin açıqlamasında bildirilir ki, yüksək hazırlıq səviyyəsi və müvafiq qurumlar arasında koordinasiya sayəsində Qətər Hərbi Hava Qüvvələri iki Su-24 təyyarəsini qarşılayıb. Hava hücumundan müdafiə sistemləri ölkəyə yönəlmiş yeddi ballistik raketi zərərsizləşdirib, Hərbi Dəniz Qüvvələri isə beş pilotsuz uçuş aparatını ələ keçirib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.