Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qərbi Zəngəzurda demarkasiya davam edəcəkmi

Ermənistan XİN sualları cavabsız qoydu

12

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sərhədin demarkasiyasının Sünik vilayətində (Qərbi Zəngəzur) davam etdirilib-etdirilməyəcəyi ilə bağlı suallara konkret cavab verməyib.

“Sputnik Ermənistan”ın məlumatına görə, son günlərdə yayılan xəbərlər sərhəd işlərinin Tavuş istiqamətindən cənuba – Qərbi Zəngəzura keçə biləcəyi ehtimalını gündəmə gətirib.

Xatırladaq ki, sentyabrın 5-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri qarşılıqlı səfərlər keçiriblər. Görüşlərdə sərhədin minalardan təmizlənməsi, kommunikasiya xətlərinin yaradılması və infrastrukturun bərpası məsələləri müzakirə olunub.

Ermənistan XİN isə mövzu ilə bağlı yalnız belə açıqlama verib:
“Delimitasiya məsələləri üzrə komissiyaların fəaliyyəti barədə məlumat rəsmi bəyanatlarla təqdim olunur”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.