Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qərbi Azərbaycan yaddaşına həsr olunmuş layihə

Milli-mədəni irsin qorunması üçün videomüsahibələr hazırlanıb, ənənələr gələcək nəsillərə ötürülür

25

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Keçmişin İzləri: Qərbi Azərbaycan Adət və Ənənələri” adlı qrant layihəsi uğurla başa çatıb. Layihənin əsas məqsədi gənclərin milli-mədəni irslə bağlılığını gücləndirmək və Qərbi Azərbaycandan köç etmiş insanların yaddaşında qorunan dəyərləri gələcək nəsillərə ötürmək olub.

Bu çərçivədə yaşlı nəsil nümayəndələri ilə videomüsahibələr çəkilib. Onlar toy mərasimləri, gündəlik məişət, ailə dəyərləri və müxtəlif mədəni ənənələr barədə xatirələrini bölüşüblər.

Hazırlanan materiallar ictimaiyyətə təqdim olunaraq həm gənclərin milli kimliklə bağlı biliklərinin artırılmasına, həm də tarixi yaddaşın qorunmasına töhfə verib. Layihənin nəticəsi olaraq 10 müsahibə lentə alınıb və açıq resurs kimi istifadəyə verilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi bu təşəbbüs Qərbi Azərbaycan mövzusunun ictimai müstəvidə daha geniş işıqlandırılmasına xidmət edən uğurlu model hesab olunur. Layihəyə gənc fəal Müşfiq Mehtizadə rəhbərlik edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.