Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Putinin xüsusi nümayəndəsi Cenevrədə ABŞ təmsilçiləri ilə görüşəcək

Kirill Dmitriyev “Four Seasons” otelində Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar aparacaq

55

Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RFPI) rəhbəri Kirill Dmitriyev Cenevrədə yerləşən “Four Seasons” otelinə gəlib. Həmin məkanda Rusiya və ABŞ nümayəndələri arasında danışıqların keçirilməsi planlaşdırılır.

Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Bildirilir ki, Rusiya nümayəndəsi yerli vaxtla saat 16:25-də (Moskva vaxtı ilə 18:25) tünd şüşəli minivenlə otelə daxil olub.

Məlumata görə, ABŞ nümayəndə heyəti isə saat 14:00-dan etibarən “Four Seasons” otelində olub. Həmin vaxt ərzində ABŞ və Ukrayna nümayəndələri arasında qeyri-rəsmi görüş keçirilib.

Dmitriyevin otelə çatmasından sonra yerli polis əməkdaşları Ukrayna nümayəndə heyətinə məxsus avtomobilləri ərazidən uzaqlaşdırmağa başlayıb.

RİA Novosti-nin diplomatik mənbəsinin bildirdiyinə görə, Kirill Dmitriyev ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin rəhbərinin kürəkəni Cared Kuşnerlə öz xətti üzrə görüş keçirəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.