Putin-Tramp təklifi Zelenski tərəfindən rədd edildi
Rusiya Donetskin tam verilməsi müqabilində cəbhənin Zaporojya və Xersonda dondurulmasını təklif edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sabiq prezidenti Donald Trampla apardığı danışıqlarda Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yeni təklif irəli sürüb. Məlumata görə, Moskva Zaporojya və Xerson vilayətlərində cəbhə xəttinin dondurulması müqabilində Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin bütün ərazisindən tamamilə çıxmasını tələb edib.
Putinin təklifi bununla yekunlaşmır. Kreml münaqişənin əsas səbəbi kimi göstərdiyi məsələlərin – Ukraynanın NATO və Avropa İttifaqına inteqrasiya planlarının dayandırılması və ölkənin hərbi potensialının məhdudlaşdırılması – həll edilməsinin vacibliyini də bildirib.
Donald Tramp təklif barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə və Avropa liderlərinə məlumat verib. Lakin Ukrayna tərəfi bu təşəbbüsə mənfi cavab verib.
Reuters-in məlumatına görə, Zelenski Donetsk vilayətinin tam şəkildə Rusiyaya verilməsi qarşılığında sülh razılaşmasının əldə olunmasını qəbul etməyib və bu şərtlə razılaşmaqdan qəti şəkildə imtina edib.
Hazırda Rusiya Donetsk vilayətinin təxminən 70 %-nə nəzarət edir və bu istiqamətdə möhkəmlənmiş mövqe və logistika xəttinə malikdir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.