Putin Rusiyadakı işsizliklə bağlı yeni rəqəmləri açıqladı
Rusiya iqtisadiyyatı son illərin ən aşağı işsizlik göstəricisinə çatıb – cəmi 2,2%
Rusiyada işsizliyin səviyyəsi rekord dərəcədə enərək 2,2 faizə çatıb. Bu barədə Rusiya Prezidenti Vladimir Putin VTB-nin təşkil etdiyi “Rusiya çağırır!” adlı 16-cı investisiya forumunun plenar sessiyasında çıxışı zamanı məlumat verib.
Prezident bildirib ki, ölkədə sahibkarlar üçün əlverişli iqtisadi mühit formalaşıb və əsas makroiqtisadi göstəricilərdə sabitlik investorlar üçün etibarlılıq yaradır.
Xatırladaq ki, oktyabrın 14-də Baş nazir Mixail Mişustin hökumətin strateji iclasında Rosstatın son hesabatına istinad edərək, avqust ayı üzrə işsizliyin 2,1 faiz olduğunu açıqlamışdı.
Federal Dövlət Statistika Xidmətinin məlumatına əsasən, 15 yaşdan yuxarı əhalinin sayı avqustda 76,5 milyon nəfər təşkil edib. Onların 75 milyonu məşğul əhali kimi qeydə alınıb.
Digər tərəfdən, Finlandiyada Rusiyanın xüsusi hərbi əməliyyatlara başlamasından sonra işsizliyin demək olar iki dəfə yüksəldiyi bildirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.