Putin–Paşinyan Moskva görüşü: Danışacaq çox mövzularımız var
Kreml liderləri iqtisadi əməkdaşlıq və enerji layihələrini müzakirə etdi
Sentyabrın 25-də Kremlin qonaq zalında Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Vladimir Putin çıxışında iki ölkə arasında əməkdaşlığın stabil şəkildə irəlilədiyini vurğulayıb. O bildirib ki, 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 11,7 milyard dollara çatıb və bu, indiyədək ən yüksək göstəricidir. Rusiya lideri həmçinin “Rosatom” şirkətinin Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyət müddətinin uzadılması üzərində işlədiyini diqqətə çatdırıb.
“Əlaqələrimiz bütün sahələrdə inkişaf edir. Hətta tez-tez görüşməyimizə baxmayaraq, danışacaq mövzularımız həmişə var. Sizi Moskvada görməyimdən çox məmnunam”, – Putin qeyd edib.
Nikol Paşinyan isə öz çıxışında ticarət dövriyyəsində son aylarda müəyyən azalma olduğunu desə də, bu tendensiyanın qlobal faktorlarla bağlı olduğunu bildirib. Baş nazir, Ermənistan üçün yeni enerji layihələrinin – kiçik modul nüvə qurğularının araşdırıldığını və bu istiqamətdə Rusiya ilə fəal dialoqun davam etdiyini vurğulayıb.
Tərəflər həmçinin Moskvanın ev sahibliyi etdiyi Qlobal Atom Forumunda iştirak edərək, enerji təhlükəsizliyi və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.